Azərbaycan, Bakı, 20 iyun /Trend/
Rusiyanın xarici işlər naziri Sergey Lavrov cümə günü ukraynalı həmkarı Pavel Klimkinlə telefon əlaqəsi saxlayaraq qarşılıqlı fəaliyyət perspektivlərini və Ukraynadakı vəziyyəti müzakirə edib.
Trend-in cümə günü RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, S.Lavrov ümid etdiyini bidirib ki, P.Klimkin yeni vəzifəsində iki ölkənin XİN-ləri arasında konstruktiv fəaliyyətə xidmət edəcək.
Nazirlər Ukraynadakı vəziyyətin (o cümlədən 17 aprel tarixli Cenevrə bəyannaməsi çərçivəsində) nizamlanması üzrə tədbirləri müzakirə ediblər.
Rusiya tərəfi münaqişədə gərginliyin azaldılması və Ukraynanın bütün vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi, geniş ümummilli dialoqun başlanmasının vacibliyini qeyd edib.