...

Böyük Britaniyada dövlət qulluqçularının ən böyük tətili başlayıb

Dünya xəbərləri Materials 10 İyul 2014 14:41 (UTC +04:00)
Cümə axşamı Böyük Britaniyada ən iri tətil başlayıb. İki minə yaxın dövlət qulluqçusu öz maaşlarından və dövlətin xərclərinin azalmasından narazılıqlarını ifadə etməkdən ötrü küçələrə çıxıblar.
Böyük Britaniyada dövlət qulluqçularının ən böyük tətili başlayıb

Azərbaycan, Bakı, 10 iyul /Trend/

Cümə axşamı Böyük Britaniyada ən iri tətil başlayıb. İki minə yaxın dövlət qulluqçusu öz maaşlarından və dövlətin xərclərinin azalmasından narazılıqlarını ifadə etməkdən ötrü küçələrə çıxıblar. Trend-in məlumatına görə, bu barədə Britaniyanın "Sky News" telekanalı həmkarlar ittifaqlarına istinadən xəbər yayıb.

Etirazçılar parlamentin, məhkəmələrin, məşğulluq mərkəzlərinin və yanğınsöndürmə stansiyalarının qarşısında toplaşıblar.

Telekanal qeyd edib ki, Böyük Britaniyanın Baş naziri Devid Kemeron və hökumət tətili hazırlayanları pisləyiblər. Nazirlər Kabinetinin nümayəndəsi bildirib: "Bir sıra həmkarlar ittifaqları liderlərinin heç nəyə nail olmayacaq və heç kəsə xeyir gətirməyəcək tətillər təşkil etmələri faktı bizi məyus edir".

Hökumətdə həmçinin dövlət sektoru işçilərinin əksəriyyətinin tətilə çıxmayacaqlarına ümid edirlər.

Öz növbəsində, Britaniya Həmkarlar İttifaqı Federasiyasının baş katibi Frensis O`Qreydi bəyan edib ki, hökuməti işçilərin tələblərini dinləməyə məcbur etməyin yeganə üsul etiraz aksiyasına çıxmaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti