...

Yanukoviç Brüsselin sanksiyalarına qarşı Avropa İttifaqı məhkəməsinə şikayət edib

Dünya xəbərləri Materials 14 İyul 2014 15:18 (UTC +04:00)
Ukraynanın sabiq dövlət başçısı Viktor Yanukoviç Brüsselin ona və iki oğlu barəsində tətbiq etdiyi sanksiyalara qarşı Avropa İttifaqı məhkəməsində iddia qaldırıb
Yanukoviç Brüsselin sanksiyalarına qarşı Avropa İttifaqı məhkəməsinə şikayət edib

Azərbaycan, Bakı, 14 iyul /Trend/

Ukraynanın sabiq dövlət başçısı Viktor Yanukoviç Brüsselin onun və iki oğlu barəsində tətbiq etdiyi sanksiyalara qarşı Avropa İttifaqı məhkəməsində iddia qaldırıb. Trend-in məlumatına görə, bu barədə RİA Novosti xəbər yayıb.

Oxşar iddia ilə bu məhkəməyə müraciət edənlər arasında Ukraynanın sabiq Baş naziri Nikolay Azarov da var.

Ukraynanın yeni hökumətinin fikrincə, Ukraynanın sabiq administrasiyası üç milyard dollar vəsait israf edib. Вununla əlaqədar Aİ Yanukoviçə və dövlət çevrilişinədək Ukrayna hökumətinə daxil olmuş bəzi adamlara məxsus bu təşkilatın banklarındakı hesabları dondurub.

Xatırladaq ki, fevralın 22-də Ukraynada hakimiyyət dəyişikliyi baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti