...

Rusiya Ukrayna aviaşirkətlərinin tranzit reyslərinə qadağa qoydu

Dünya xəbərləri Materials 7 Avqust 2014 14:01 (UTC +04:00)
Rusiya öz ərazisindən başqa ölkələrə Ukrayna aviaşirkətlərinin tranzit reyslərinə qadağa qoydu.
Rusiya Ukrayna aviaşirkətlərinin tranzit reyslərinə qadağa qoydu

Azərbaycan, Bakı, 7 avqust /Trend/

Rusiya öz ərazisindən başqa ölkələrə Ukrayna aviaşirkətlərinin tranzit reyslərinə qadağa qoydu. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın Baş naziri Dmitri Medvedev deyib.

Onun sözlərinə görə, Rusiya öz hava məkanı vasitəsilə Ukrayna aviaşirkətlərinin Gürcüstana, Azərbaycana, Ermənistana və Türkiyəyə tranzit reyslərini dayandırır.

D.Medvedev qeyd edib ki, Rusiya Aİ ölkələri üçün transsibir marşrutları qaydalarına yenidən baxmağa, ABŞ ilə isə onlardan istifadə haqqında danışıqları dayandırmağa hazırdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti