...

Qərbi Afrikada Ebola virusundan ölənlərin sayı 3 minə çatıb

Dünya xəbərləri Materials 25 Sentyabr 2014 14:17 (UTC +04:00)
Qərbi Afrika ölkələrində Ebola virusundan ölənlərin sayı 2917 nəfərə çatıb.
Qərbi Afrikada Ebola virusundan ölənlərin sayı 3 minə çatıb

Azərbaycan, Bakı, 25 sentyabr /Trend/

Qərbi Afrika ölkələrində Ebola virusundan ölənlərin sayı 2917 nəfərə çatıb. Trend-in İTAR-TASS-a istinadən verdiyi xəbərə görə, Ümumdünua Səhiyyə Təşkilatının yaydığı məlumatda daha 6263 nəfərin bu virusa yoluxduğu bildirilir.

Statistika Qərbi Afrikanın beş ölkəsinə, ilk növbədə, Liberiya, Syerra-Leone və Qvineyaya aiddir.

Qeyd edək ki, bu virus tər, qan, tüpürcək yolu ilə yayılır. Xəstəliyin simptomları qızdırma, baş ağrısı, qusma və ishaldır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti