...

İrakli Qaribaşvili: XİN rəhbərinin David Zalkalianidən başqa bütün müavinləri postlarında qalırlar

Dünya xəbərləri Materials 6 Noyabr 2014 11:13 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 6 noyabr /Trend, müxbir Nan Kirsxaliya/

XİN rəhbərinin birinci müavini David Zalkalianidən başqa digər müavinlərin hamısı öz postlarında qalırlar. Trend xəbər verir ki, bunu Baş nazir İrakli Qaribaşvili cümə axşamı hökumət üzvləri ilə keçirilən işçi görüşündə bəyan edib.

Baş nazir bildirib: "Bu qərarı bu gün səhər mənə təsdiqlədilər və onların belə qərara gəlmələri bizi çox sevindirdi".

Baş nazir bildirib ki, bu, "dövlət təfəkkürünün" qələbəsidir: "Əlbəttə, onların tam istefası bizim üçün rüsvayçılıq olardı, lakin dövlət təfəkkürü üstün gəldi və biz buna şadıq, xüsusən ona görə ki bir sıra xarici səfərlər və diplomatların səfərləri nəzərdə tutulub".

Dünən Gürcüstanın xarici işlər naziri Mayya Pancikidze və onun müavinləri David Zalkaliani, Tamar Beruçaşvili və David Calaqaniya da postlarından istefa vermişdilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti