...

Gürcüstanın baş naziri Ukrayna ilə münasibətləri diplomatlarla müzakirə edib

Dünya xəbərləri Materials 27 Dekabr 2014 19:49 (UTC +04:00)
Gürcüstan - Ukrayna münasibətləri və regional təhlükəsizlik məsələləri Gürcüstan baş naziri İrakli Qaribaşvilinin rəhbərliyi ilə keçirilən işgüzar görüşdə şənbə günü müzakirə edilib.
Gürcüstanın baş naziri Ukrayna ilə münasibətləri diplomatlarla müzakirə edib

Gürcüstan, Tbilisi, 27 dekabr /Trend, müxbir N.Kirtsxalia/

Gürcüstan baş naziri İrakli Qaribaşvilinin rəhbərliyi ilə keçirilən işgüzar görüşdə Gürcüstan - Ukrayna münasibətləri və regional təhlükəsizlik məsələləri şənbə günü müzakirə edilib.

Gürcüstan hökumətinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Gürcüstanın xarici siyasət idarəsinin rəhbəri Tamar Beruçaşvili və onun müavinləri, təhlükəsizlik və böhranların idarə olunması üzrə Şurasının katibi David Sucaşvili və Gürcüstanın Ukraynadakı səfiri Mixail Ukleba iştirak ediblər.

Gürcüstanın Ukraynadakı səfiri Mixail Ukleba Ukraynada baş verən hadisələr barədə hökumət başçısına məlumat verib.

Görüş zamanı həmçinin İrakli Qaribaşvilinin planlaşdırılan Ukraynaya və digər hökumət səfərləri barədə də söhbət gedib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti