...

Fransada məscidlərə silahlı hücum edilib

Dünya xəbərləri Materials 8 Yanvar 2015 16:42 (UTC +04:00)
Fransanın bir neçə şəhərində Parisdəki “Charlie Hebdo” jurnalının redaksiyasına silahlı hücumun ertəsi günü bir neçə məscid hücuma məruz qalıb.
Fransada məscidlərə silahlı hücum edilib

Azərbaycan, Bakı, 8 yanvar /Trend/

Fransanın bir neçə şəhərində Parisdəki "Charlie Hebdo" jurnalının redaksiyasına silahlı hücumun ertəsi günü bir neçə məscid hücuma məruz qalıb. Bu barədə Trend TASS agentliyinə istinadən xəbər verir.

Bu zorakılıq aktlarının həyata keçirildiyi şərait və onlar arasındakı mümkün əlaqə hələlik müəyyən edilməyib.

"Ouest-France" qəzetinin məlumatına görə, cümə axşamı səhər Le-Man şəhərində Sablon məscidinin həyətinə naməlum şəxslər tərəfindən bir neçə əl qumbarası atılıb. Onlardan yalnız biri partlayıb. Bu zaman xəsarət alan olmayıb. Hazırda məscidin yerləşdiyi ərazi polis tərəfindən mühasirəyə alınıb.

Məscidə daha bir hücum Por-la-Nuvel şəhərində Aralıq dənizinin sahilindəki Od departamentində qeydə alınıb. Cinayətkarlar çərşənbə günü axşam namazından təxminən bir saat sonra məscidə tapançalardan atəş açıblar. Bu zaman binada heç kim olmayıb.

Cümə axşamı Fransanın şərqindəki Vilfranş-sür-Son şəhərində də partlayışla bağlı məlumat daxil olub. İnsident yerli məscidin bilavasitə yaxınlığında yerləşən restoranda baş verib. Xəsarət alanlar haqqında məlumat daxil olmayıb, partlayışın səbəbləri də məlum deyil.

Təhqiqat aparılır. Polis cinayətin izinin olduğunu bəyan edi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti