...

Koroğluya 1 milyon dollar ayrıldı

Dünya xəbərləri Materials 10 Yanvar 2015 14:37 (UTC +04:00)
Türkmənistanda ölkənin ən yaxşı rayonunun seçilməsi yekunlaşdırılıb.
Koroğluya 1 milyon dollar ayrıldı

Azərbaycan, Bakı, 10 yanvar /Trend, müxbir Məftun Salmanov/

Türkmənistanda ölkənin ən yaxşı rayonunun seçilməsi yekunlaşdırılıb.

Trend-in şənbə günü "Zaman" qəzetinə istinadən verdiyi məlumata görə, ötən il başlanılan yeni qaydaya görə, hər il Türkmənistanın ən yaxşı rayonu seçilir.

Bu il ən yaxşı rayon Daşoğuz əyalətinin Koroğlu rayonu seçilib. Seçimin nəticələrini Nazirlər Kabineti açıqlayıb. Koroğlu 74 rayon arasında birinci olub. Qalib rayona 1 milyon dollar mükafat verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti