...

Türkiyədə narkotik alverçilərinin tutulması əməliyyatında əcnəbilər də saxlanılıb

Dünya xəbərləri Materials 13 Yanvar 2015 11:24 (UTC +04:00)
İstanbulda narkodilerlərin tutulması üzrə xüsusi əməliyyat keçirilir.
Türkiyədə narkotik alverçilərinin tutulması əməliyyatında əcnəbilər də saxlanılıb

Azərbaycan, Bakı, 13 yanvar /Trend, müxbir Rufiz Hafizoğlu/

İstanbulda narkodilerlərin tutulması üzrə xüsusi əməliyyat keçirilir. Bu barədə Trend çərşənbə axşamı "Haber7" telekanalına istinadən xəbər verir.

Xüsusi əməliyyat on ünvan üzrə aparılır, artıq 25-dən artıq insan saxlanılıb.

Saxlanılanlar arasında xarici ölkələrin vətəndaşları da var. Telekanal həmin ölkələrin adlarını açıqlamır.

Bir müddət əvvəl Baş nazir Əhməd Davudoğlu ölkədə narkotiklərlə mübarizənni gücləndiriləcəyini bəyan etmişdi.

Onun sözlərinə görə, narkomaniya Türkiyənin problemlərindən biridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti