...

Angela Merkel: Müsəlmanları əsassız ittiham etmək olmaz

Dünya xəbərləri Materials 15 Yanvar 2015 15:39 (UTC +04:00)
Almaniyada müsəlmanların hər hansı təcridi, yaxud onların ünvanına əsassız ittihamlar yolverilməzdir.
Angela Merkel: Müsəlmanları əsassız ittiham etmək olmaz

Azərbaycan, Bakı, 15 yanvar /Trend/

Almaniyada müsəlmanların hər hansı təcridi, yaxud onların ünvanına əsassız ittihamlar yolverilməzdir. Trend TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Almaniya Kansleri Angela Merkel deyib.

Bundestaqda bəyanatla çıxış edən Kansler Almaniyada yaşayan təxminən 4 milyon müsəlmanı müdafiə edib: "Almaniyada müsəlmanların istənilən təcridi, istənilən əsassız şübhə qadağa altındadır".

Federal Kansler əlavə edib: "Biz zəmanət veririk ki, konstitusiyamız və digər qanunlar çərçivəsində İslam dininə azad etiqad edilə bilər".

Onun sözlərinə görə, istənilən digər konfessiya, o cümlədən iudaizm kimi, İslam da Almaniyaya aiddir: "Burada ayrı-seçkiliyə və təcridə yer olmamalıdır".

Bundan başqa, A.Merkel bu yaxınlarda Parisdə baş vermiş qanlı terror aktlarını yenidən qətiyyətlə pisləyib və Almaniyanın Fransa ilə "hüdudsuz həmrəyliyi"ni qeyd edib: "Almaniya və Fransa bu çətin günlərdə çiyin-çiyinə dayanacaqlar. Əgər Fransada təhlükəsizlik yoxdursa, deməli, Almaniyada da mövcud deyil".

Almaniya hökumətinin rəhbəri, həmçinin cəmiyyətin ən böyük sərvətlərindən biri olan mətbuat azadlığının böyük əhəmiyyətini qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti