...

Dubayda polisin gözündən yayınmaq qeyri-mümkündür

Dünya xəbərləri Materials 16 Yanvar 2015 15:46 (UTC +04:00)
Dubay polisi şəhərdə müşahidə kameralarının sayını artırıb. İndi bu kameralar hər bir küçədə yerləşdirilib
Dubayda polisin gözündən yayınmaq qeyri-mümkündür

Azərbaycan, Bakı, 16 yanvar /Trend/

Dubay polisi şəhərdə müşahidə kameralarının sayını artırıb. İndi bu kameralar hər bir küçədə yerləşdirilib. Bu barədə Trend "Arabian Business" portalına istinadən xəbər verir.

Kameraların dəqiq sayı barədə məlumat verilmir. Nəşrin yazdığına görə, kameraların sayı 2010-cu illə müqayisədə 25 min artıb.

Polisin nümayəndəsi Nasir İbrahim Kazimin sözlərinə görə, indi kameralar Dubayın hər küncündə, eləcə də yeni yaranan rayonlarda yerləşdirilib. Biz müşahidə kameralarını bütün şəhərdə yerləşdirmişik".

O, qeyd edib ki, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinin beynəlxalq aeroportunda kameraların sayı iki dəfə - 1,6 mindən 3 minədək artırılıb.

Onun sözlərinə görə, belə təhlükəsizlik tədbirləri xüsusilə cinayətkarların izlənməsi üçün lazımdır.

Bir müddət əvvəl Dubay polisi izləmə kameralarının köməyi ilə 9,5 milyon dollar dəyərində daş-qaş oğurlamış cinayətkarın izinə düşə bilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti