...

Kubada tikiləcək məscidin təməlini Ərdoğan atacaq

Dünya xəbərləri Materials 19 Yanvar 2015 17:53 (UTC +04:00)
Rəcəb Tayyib Ərdoğan Kubada tikilməsi planlaşdırılan məscidin layihəsinin hazırlanması ilə bağlı təlimat verib.
Kubada tikiləcək məscidin təməlini Ərdoğan atacaq

Azərbaycan, Bakı, 19 yanvar /Trend, müxbir Məftun Salmanov/

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kubada tikilməsi planlaşdırılan məscidin layihəsinin hazırlanması ilə bağlı təlimat verib.

Trend-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata əsasən, məsələ ilə bağlı Kuba hökuməti və Türkiyə Diyanət İşləri Başqanlığı arasında mütəmadi görüşlər keçirilib və ilkin nəticə əldə edilib.

Təqribən 4 min müsəlmanın yaşadığı Kuba hökuməti məscidin tikilməsinə icazə verib. R.T.Ərdoğan layihə üçün Ortaköy məscidinə bənzər məscidin tikilməsi ilə bağlı təlimat verib.

Hər şey plana uyğun gedərsə, Prezidentin fevral ayında Latın Amerikasına turu çərçivəsində Kubada məscidin təməlqoyma mərasimində iştirak edəcəyi gözlənilir.

Qeyd edək ki, R.T.Ərdoğan daha əvvəl Amerikanı müsəlmanların kəşf etdiyini, Xristofor Kolumbun isə xatirələrində Kubada bir təpədə məscid gördüyünü bildirmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti