...

Əhməd Davudoğlu: "İslam Dövləti" Türkiyə üçün real təhlükəyə çevrilib

Dünya xəbərləri Materials 9 Fevral 2015 12:16 (UTC +04:00)
“İslam Dövləti” və digər terrorçu radikal qruplaşmalar Türkiyə və bütün dünya üçün real təhlükəyə çevrilib.
Əhməd Davudoğlu: "İslam Dövləti" Türkiyə üçün real təhlükəyə çevrilib

Azərbaycan, Bakı, 9 fevral /Trend, müxbir Rufiz Hafizoğlu/

"İslam Dövləti" və digər terrorçu radikal qruplaşmalar Türkiyə və bütün dünya üçün real təhlükəyə çevrilib. Trend-in bazar ertəsi Türkiyənin Anadolu agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ölkənin Baş naziri Əhməd Davudoğlu bildirib.

Baş nazir qeyd edib ki, təəssüf ki, Türkiyə regionda baş verən hadisələrin episentrində yerləşir.

Ə.Davudoğlunun sözlərinə görə, "ərəb baharı" Yaxın Şərqin bir sıra ölkələrində onların demokratikləşməsinə deyil, radikal islamçıların həmin dövlətlərə gəlişinə səbəb oldu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti