...

Türkiyədə mobil rabitə əməkdaşlarını ölkə kəşfiyyatı seçəcək

Dünya xəbərləri Materials 13 Fevral 2015 17:12 (UTC +04:00)
Fətullah Gülən tərəfdarlarının Türkiyənin mobil rabitə operatorlarına sızmasının qarşısını almaq üçün ölkə kəşfiyyatı (MİT) bu şirkətlərin yeni əməkdaşlarının namizədliyini bəyənməlidir.
Türkiyədə mobil rabitə əməkdaşlarını ölkə kəşfiyyatı seçəcək

Azərbaycan, Bakı, 13 fevral /Trend, müxbir Rufiz Hafizoğlu/

Fətullah Gülən tərəfdarlarının Türkiyənin mobil rabitə operatorlarına sızmasının qarşısını almaq üçün ölkə kəşfiyyatı (MİT) bu şirkətlərin yeni əməkdaşlarının namizədliyini bəyənməlidir.

Trend-in "Haber7" telekanalına istinadən verdiyi məlumata əsasən, bunu Türkiyənin nəqliyyat, gəmiçilik və kommunikasiyalar naziri Lütfi Əlvan deyib.

Onun sözlərinə görə, məhz F.Gülən hərəkatının tərəfdarları 2014-cü ildə Türkiyə Prezidenti və bir sıra rəsmi şəxslərin telefon danışıqlarını dinləyiblər.

Qeyd edək ki, Türkiyə ərazisində rəsmi olaraq 46 mobil rabitə operatoru qeydiyyata alınıb, onlardan yalnız üçü "Avea", "Turkcell" və "Vodafone" şirkətləri fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti