Azərbaycan, Bakı, 4 mart /Trend, müxbir Rufiz Hafizoğlu/
Türkiyədə ölkədə ilk kosmodrom və Kosmik Məkanın Araşdırılması İnstitutu ("Uzay Ajansı") tikiləcək. Trend-in "Sabah" qəzetinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin nəqliyyat, gəmiçilik və kommunikasiyalar naziri Lütfi Əlvan deyib.
Onun sözlərinə əsasən, kosmodrom və institutun tikintisi üçün yer artıq müəyyənləşib: "Kosmodrom və institut Türkiyənin mərkəzi vilayətlərinin birində tikiləcək".
Nazir qeyd edib ki, kosmodrom və institutun tikintisi Türkiyənin prioritetlərindən biridir.