...

Erməni ailəni qətlə yetirən rus əsgərin məhkəməsi Ermənistanda keçiriləcək

Dünya xəbərləri Materials 29 Mart 2015 18:03 (UTC +04:00)
Ermənistanın Gümrü şəhərində bir ailənin 7 üzvünü qətlə yetirən rusiyalı hərbi qulluqçu Valeri Permyakovun məhkəməsi Ermənistanda ərazisində keçiriləcək.
Erməni ailəni qətlə yetirən rus əsgərin məhkəməsi Ermənistanda keçiriləcək

Azərbaycan, Bakı, 29 mart /Trend/

Ermənistanın Gümrü şəhərində bir ailənin 7 üzvünü qətlə yetirən rusiyalı hərbi qulluqçu Valeri Permyakovun məhkəməsi Ermənistanda ərazisində keçiriləcək.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr üzrə komitəsi sədrinin birinci müavini Oleq Lebedev bildirib.

O deyib ki, Ermənistan xalqının istədiyi kimi, məhkəmənin Ermənistan ərazisində keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, yanvarın 12-də Ermənistanın Gümrü şəhərində Rusiya bazasının hərbi qulluqçusu Valeri Pavloviç Permyakov erməni ailəsinin üzvlərini amansızcasına qətlə yetirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti