Azərbaycan, Bakı, 2 aprel /Trend/
Ukrayna Prezidenti Petro Poroşenko ölkə ərazisində Rusiya istehsallı film və serialların yayımına qadağa tətbiq edib.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, Ukrayna Ali Radası fevralın 5-də Rusiyanın güc strukturlarını təbliğ edən filmlərin nümayişini qadağan edən qanun qəbul etmişdi.
"Müxalif bloku" fraksiyası bu qərarın ləğv edilməsi təşəbbüsü ilə çıxış etsə də, parlament qanunu ləğv etməkdən imtina etmişdi.