...

İstanbulda 1 May nümayişlərində 140 nəfər saxlanılıb

Dünya xəbərləri Materials 1 May 2015 17:03 (UTC +04:00)
İstanbul polisi 1 may nümayişlərində üzlərini maska ilə gizlədən 140 nəfəri saxlayıb.
İstanbulda 1 May nümayişlərində 140 nəfər saxlanılıb

Azərbaycan, Bakı, 1 may /Trend, müxbir Rufiz Hafizoğlu/

İstanbul polisi 1 may nümayişlərində üzlərini maska ilə gizlədən 140 nəfəri saxlayıb. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata əsasən, onların hamısı Türkiyə vətəndaşlarıdır.

Qeyd edək ki, bu ilin fevralında Türkiyə parlamentinin qəbul etdiyi təhlükəsizlik üzrə islahatlar paketinə əsasən, aksiya iştirakçıları üzlərini maskalar vasitəsilə gizlədə bilməzlər və bu davranış ictimai təhlükəsizliyə təhdid kimi qiymətləndirilir.

Bundan başqa, "Molotov kokteyli"dən istifadə silahdan istifadəyə bərabər tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti