Azərbaycan, Bakı, 22 iyun /Trend, müxbir Rufiz Hafizoğlu/
Türkiyədə "Youtube" sosial şəbəkəsinə qismən məhdudiyyət qoyulub. Trend bu barədə "İHA" agentliyinə istinadən xəbər verir.
Buna səbəb "Youtube"-a yerləşdirilən Məhəmməd peyğəmbərə həsr olunmuş təhqiramiz video olub. Bu video sosial şəbəkədən silinənə qədər məhdudiyyət qüvvəsində qalacaq.