...

Ermənistan spikeri Yerevanda dinc aksiyanın dağıdılması barədə çıxışı kəsib

Dünya xəbərləri Materials 23 İyun 2015 15:48 (UTC +04:00)
Ermənistan Milli Yığıncağının növbədənkənar iclasında müxalif partiyaların deputatları polislərin elektrik enerjisinin bahalaşmasına etiraz edən aksiya iştirakçılarına qarşı zorakılıq məsələsini qaldırıblar.
Ermənistan spikeri Yerevanda dinc aksiyanın dağıdılması barədə çıxışı kəsib

Azərbaycan, Bakı, 23 iyun /Trend/

Ermənistan Milli Yığıncağının növbədənkənar iclasında müxalif partiyaların deputatları polislərin elektrik enerjisinin bahalaşmasına etiraz edən aksiya iştirakçılarına qarşı zorakılıq məsələsini qaldırıblar.

Trend-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata əsasən, onlar aksiyalar zamanı saxlanılmış 237 nəfərin azad edilməsini və günahkarların cəzalandırılmasını tələb ediblər.

Milli Yığıncağın spikeri Qalust Saakyan isə deputatların çıxışlarında polislərin fəaliyyəti ilə bağlı sözlər eşitdiyindən onların mikrofonlarını bağlayıb. O, hərəkətini qeyd edilən məsələnin iclasın gündəliyinə daxil olmaması ilə izah edib.

Buna etiraz edən "Ermənistan Milli Konqresi" fraksiyasının üzvləri iclası tərk ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti