Azərbaycan, Bakı, 20 avqust /Trend/
Nyu-York xəstəxanasına Ebola virusuna yoluxduğu ehtimal edilən xəstə yerləşdirilib. Trend bu barədə "New York Post"-a istinadən məlumat verir.
Cinsi barədə məlumat verilməyən xəstənin bu yaxınlarda Qvineyadan geri qayıtdığı bildirilir.
Onda virusun simptomlarına bənzər əlamətlər aşkar olunub.