...

Almaniyalı alim İndoneziya xərçənginin bir növünü Edvard Snoudenin şərəfinə adlandırdı

Dünya xəbərləri Materials 26 Avqust 2015 22:45 (UTC +04:00)
Almaniyalı alim Kristian Lukhaup (Christian Lukhaup) İndoneziya çay xərçənginin bir növünü ABŞ kəşfiyyat xidmətinin keçmiş əməkdaşı Edvard Snoudenin şərəfinə adlandırıb.
Almaniyalı alim İndoneziya xərçənginin bir növünü Edvard Snoudenin şərəfinə adlandırdı

Azərbaycan, Bakı, 26 avqust /Trend/

Almaniyalı alim Kristian Lukhaup (Christian Lukhaup) İndoneziya çay xərçənginin bir növünü ABŞ kəşfiyyat xidmətinin keçmiş əməkdaşı Edvard Snoudenin şərəfinə adlandırıb. Trend bu barədə RIA Novosti-yə istinadən məlumat verir.

Alim xərçəngin "Cherax snowden" növünü ilk dəfə 2006-cı ildə görüb. Ancaq hələ bu il təsvir edilməsi və lazımi tədqiqatların aparılması üçün bu növün nümayəndələri barədə ətraflı məlumat əldə edə bilib.

K.Lukhaup "Washington Post" qəzetinə verdiyi müsahibədə bildirib ki, yeni növləri təsvir edərkən onlardan birini Edvard Snoudenin şərəfinə adlandırmaq qərarına gəlib.

"Cherax snowden" çay xərçəngləri Yeni Qvineya adasının qərb bölgəsində şirinsulu çaylarda yaşayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti