...

Məkkədə həlak olan iranlıların sayı 11-ə çatıb

Dünya xəbərləri Materials 15 Sentyabr 2015 14:45 (UTC +04:00)
İranın Həcc və Ziyarət Təşkilatı bəyanat yayaraq Məkkədə baş vermiş insidentdə həlak olan iranlıların sayının 11 nəfərə çatdığını elan edib.
Məkkədə həlak olan iranlıların sayı 11-ə çatıb

Azərbaycan, Bakı, 15 sentyabr /Trend, müxbir Təmkin Cəfərov/

İranın Həcc və Ziyarət Təşkilatı bəyanat yayaraq Məkkədə baş vermiş insidentdə həlak olan iranlıların sayının 11 nəfərə çatdığını elan edib.

Trend-in İranın IRNA agentliyinə istinadən verdiyi məlumata görə, bəyanatda bildirilir ki, sentyabrın 11-də Məkkədə "Məscidül-Həram"da kranın aşması nəticəsində baş vermiş dağıntı zamanı itkin düşmüş 3 qadının öldüyü təsdiqlənib və beləliklə, bu hadisə zamanı ölən iranlı zəvvarların sayı 11 nəfərə çatıb.

Bəyanatda deyilir ki, hadisə zamanı yaralanmış 7 zəvvardan 4-ü evə buraxılıb, 3-nün vəziyyəti isə qənaətbəxşdir.

Qeyd edək ki, İran saytları bundan öncə Məkkədə baş vermiş insidentdə İrandan olan 5 nəfərin öldüyü, 32 nəfərin isə yaralandığını məlumat vermişdilər. 7 nəfərin isə itkin düşdüyü bildirilirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti