Azərbaycan, Bakı, 6 oktyabr /Trend/
Rusiyanın Ankaradakı səfiri Andrey Karlov Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb.
Trend-in Haber 7-yə istinadən verdiyi məlumata əsasən, buna səbəb Rusiyanın Hərbi Hava Qüvvələri tərəfindən Türkiyənin hava məkanının ikinci dəfə pozulması olub.
XİN-in etdiyi açıqlama deyilir ki, Rusiyanın bu cür münasibəti davam etsə, o xoşaqəlməz nəticələrə görə özü cavabdeh olacaq.