...

Rusiya İrana 5 milyard dollar həcmində kredit ayırmağa hazırdır

Dünya xəbərləri Materials 24 Noyabr 2015 01:10 (UTC +04:00)
Rusiya İrana 5 milyard dollar həcmində kredit ayırmağa hazırdır
Rusiya İrana 5 milyard dollar həcmində kredit ayırmağa hazırdır

Bakı. Trend:

Rusiya İrana 5 milyard dollar həcmində kredit ayırmağa hazırdır.

Trend-in "TASS" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Rusiya prezidenti Vladimir Putin İran İslam Respublikasının Prezidenti Həsən Ruhani ilə Tehranda keçirdiyi görüşdən sonra deyib.

Onun sözlərinə, Rusiya İranla iqtisadi əməkdaşlığı inkişaf etdirmək niyyətindədir.

"İki ölkə arasındaki ticarət dövriyyəsində milli valyutadan istifadə prioritet olacaq. Bununla belə, rəsmi Moskva İrana həm də beş milyard dollar həcmində dövlət ixrac krediti ayırmaq niyyətindədir", - deyə Putin bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti