Bakı. Rufiz Hafizoğlu - Trend:
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya planlaşdırılan səfəri ləğv edilə bilər.
Bu barədə Trend-ə Türkiyə Prezidenti Administrasiyasından bildiriblər.
Qeyd olunub ki, hazırda bu məsələ müzakirə mərhələsindədir.
Administrasiyadan deyiblər ki, Türkiyə Prezidentinin Rusiyaya səfəri dekabrın 15-nə planlaşdırılıb.
Xatırladaq ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov artıq Türkiyəyə noyabrın 25-nə planlaşdırılan səfərindən imtina edib.
Qeyd edək ki, bu gün Türkiyə Hərbi Hava Qüvvələri öz hava məkanında Rusiyaya məxsus "Su-24" qırıcı təyyarəsini vurub. Hər iki pilot katapult edə bilib, təyyarə isə Suriya ərazisinə düşüb.