...

İsfahanda baş verən partlayışda ölən var

Dünya xəbərləri Materials 28 Noyabr 2015 10:31 (UTC +04:00)
Ötən gün axşam saatlarında İranın İsfahan şəhərində qaz sızmasından partlayış baş verib, partlayış nəticəsində 2 ev tamamilə dağılıb.
İsfahanda baş verən partlayışda ölən var

Bakı. Təmkin Cəfərov - Trend:

Ötən gün axşam saatlarında İranın İsfahan şəhərində qaz sızmasından partlayış baş verib, partlayış nəticəsində 2 ev tamamilə dağılıb. Tend-in məlumatına görə, bu barədə İSNA agentliyi məlumat verir.

Partlayış nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

Partlayışa səbəb qaz sızması olub. Yaralılar xəstəxanaya çatdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti