Bakı. Trend:
Türkiyənin Kayseri vilayətində avtobusun aşması nəticəsində 23 nəfər yaralanıb. Bu barədə Trend Anadolu agentliyinə istinadən xəbər verir.
Hadisə Malatya - Kayseri yolunda baş verib.
Xəsarət alanlar xəstəxanaya çatdırılıb və tibbi yardım alırlar.