Bakı. Orxan Quluzadə - Trend:
Türkiyənin Diyarbəkir vilayətində daha 3 nəfər "donuz qripi" virusundan ölüb.
Trend-in "Haber 7" qəzetinə istinadən verdiyi məlumata görə, ilin əvvəlindən "donuz qripi" şübhəsi ilə 22 nəfər vilayətin xəstəxanasına müraciət edib.
Qeyd edək ki, ilin əvvəlindən Türkiyədə "donuz qripi"ndən 17 nəfər ölüb.