...

Yanukoviç Ukraynaya qayıtmaq istəyir

Dünya xəbərləri Materials 1 Mart 2016 17:25 (UTC +04:00)
Prezident kürsüsündən kənarlaşdırılan Viktor Yanukoviç Ukraynaya qayıtmaq niyyətindədir.
Yanukoviç Ukraynaya qayıtmaq istəyir

Bakı. Elçin Hüseynov - Trend:

Prezident kürsüsündən kənarlaşdırılan Viktor Yanukoviç Ukraynaya qayıtmaq niyyətindədir. Trend xəbər verir ki, bunu sabiq Prezidentin vəkili Vitali Serdyuk Ukraynanın "Qlavkom" portalına müsahibəsində bildirib.

O deyib ki, V.Yanukoviçin vətəninə qayıtmağı üçün tələb olunan bütün hüquqi addımlar atılacaq.

Vəkil qeyd edib ki, hazırda V.Yanukoviç beynəlxalq axtarışda deyil və azad şəkildə bütün dünya üzrə hərəkət edə bilər: "Amma sabiq Prezidentin həyatı təhlükə altındadır. Ukraynanın aidiyyəti orqanları V.Yanukoviçə qarşı həyata keçirilmış sui-qəsd üzrə istintaqı aparmır və sui-qəsdin təşkilatçılarını cinayət məsuliyyətinə cəlb etmirlər".

V.Serdyuk onu da bildirib ki, V.Yanukoviç prezident vəzifəsindən imtina etməyib və özünü ölkə rəhbərliyindən kənarlaşdırmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti