...

Putini 74 faiz rusiyalı dəstəkləyir

Dünya xəbərləri Materials 3 Mart 2016 12:34 (UTC +04:00)
Rusiyada prezident seçkiləri keçirilərsə Vladimir Putinin namizədliyini 75 faiz ölkə vətəndaşı dəstəkləyəcək.
Putini 74 faiz rusiyalı dəstəkləyir

Bakı. Elçin Hüseynov - Trend:

Rusiyada prezident seçkiləri keçirilərsə Vladimir Putinin namizədliyini 74 % ölkə vətəndaşı dəstəkləyəcək. Trend RİA Novosti-yə istinadən xəbər verir ki, bu rəqəm son 4 il ərzində keçirilən sorğu nəticələrinin maksimal göstəricisi sayılır.

Ümumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzinin apardığı yeni sorğunun nəticələrinə görə, V.Putin seçki qabağı vədlərinin bir çoxunu yernə yetirməsə də, 74 % rusiyalı onu dəstəkləməyə hazırdır.

Eyni zamanda, 15 % əhali indiki Rusiya prezidentinə öz səslərini verməyəcək, 11 % isə - bu suala cavab verməyə hazır deyil.

V.Putinə dəstək sosial-demoqrafik qrupların bütün təbəqələrində müşahidə olunur. Onu dəstəkləməyə 71 % kişi (öncə 46 %), 78 % gənc insan (öncə 53 %), 80 % maddi cəhətdən yaxşı təmin olunmuş təbəqə (öncə 54 %) hazırdır.

Yanvarın 23-24-də keçirilən sorğuda Rusiyanın 130 məntəqəsindən 1,6 min insan iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti