...

Edvard Snouden Rusiyadan getməyəcək

Dünya xəbərləri Materials 15 Mart 2016 17:41 (UTC +04:00)
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Edvard Snouden Rusiyanı tərk etməyəcək.
Edvard Snouden Rusiyadan getməyəcək

Bakı. Elçin Hüseynov - Trend:

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Edvard Snouden Rusiyanı tərk etməyəcək. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə onun vəkili Anatoli Kuçerena bildirib.

O, qeyd edib ki, hazırda amerikalı həmkarlarla "iş davam edir": "Təbii ki, E.Snouden Amerika üçün darıxır. Əlbəttə ki, biz vəkillər işləyirik. Hər hansı nəticə olan kimi xəbər edəcəyik".

Daha əvvəl E.Snouden ABŞ-a qayıtmaq istədiyini demişdi.

Xatırladaq ki, ABŞ tərəfindən axtarışda olan E.Snouden 2013-cü ildə rəsmi Moskvadan siyasi sığınacaq istəyib və elə o vaxtdan Rusiyadadır. 2014-cü ilin avqustunda isə RF-də yaşamaq üçün 3 illik icazə alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti