...

Timoşenko Ukraynanın ən populyar siyasətçisidir

Dünya xəbərləri Materials 16 Mart 2016 18:04 (UTC +04:00)

Bakı. Elçin Hüseynov - Trend:

Ukraynanın sabiq Baş naziri Yuliya Timoşenko ictimai rəy sorğusuna əsasən, indiki Prezident Petro Poroşenkonu üstələyib. Trend TASS-a istinadən xəbər verir ki, bunu Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun (KBSİ) Ukraynadakı sosial-siyasi vəziyyətə dair keçirildiyi sorğunun nəticələri göstərir.

Sorğuya əsasən, ölkədə parlament seçkiləri keçirilsə, Y.Timoşenkonun "Batkivşina" partiyası lider olacaq. Martın ortalarında prezident seçkiləri keçirilsəydi, ukraynalıların 10,9%-i Y.Timoşenkoya, 9,3%-i P.Poroşenkoya, 6,3%-i radikal müxalifətçi Oleq Lyaşkoya, 5,4%-i "Samopomoş" partiyasının lideri Andrey Sadovıya, 5%-i keçmiş müdafiə naziri Anatoli Qritsenkoya və 4,0%-i müxalifətçi Yuri Boykoya səs verərdilər.

Baş nazir vəzifəsində ukraynalılar daha çox (9,5%) Y.Timoşenkonu, Odessa vilayətinin qubetnatoru Mixail Saakaşvilini (9,9%), O.Lyaşkonu və A.Sadovını (6,5%) görmək istərdilər.

Sorğu 23 fevral - 8 mart tarixlərində 2039 respondent arasında keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti