...

Norveçdə vertolyot qəzasında ölən 11 nəfərin cəsədi tapılıb (ƏLAVƏ OLUNUB) (FOTO)

Dünya xəbərləri Materials 29 Aprel 2016 16:49 (UTC +04:00)
Norveçin Bergen şəhəri yaxınlığında vertolyotun qəzaya uğraması nəticəsində ölənlərin cəsədləri tapılıb.
Norveçdə vertolyot qəzasında ölən 11 nəfərin cəsədi tapılıb (ƏLAVƏ OLUNUB) (FOTO)

Bakı. Trend:

Norveçin Bergen şəhəri yaxınlığında vertolyotun qəzaya uğraması nəticəsində ölənlərin cəsədləri tapılıb.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, vertolyotun göyərtəsində 11 neftçi və iki ekipaj üzvü olub.

Norveç xilasediciləri vertolyotun qəzaya uğraması nəticəsində ölən 11 nəfərin cəsədini tapıblar.

İki nəfərin axtarışı isə davam edir.

Vertolyotun göyərtəsində 11 norveçli, 1 britaniyalı və 1 italiyalı olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti