...

Rusiyada ticarət mərkəzi dağılıb

Dünya xəbərləri Materials 14 İyul 2016 16:19 (UTC +04:00)
Rusiyanın Kemerovo şəhərindəki "Slavyanskiy" ticarət mərkəzinin uçulması nəticəsində 7 nəfər xəsarət alıb.
Rusiyada ticarət mərkəzi dağılıb

Bakı. Elçin Hüseynov - Trend:

Rusiyanın Kemerovo şəhərindəki "Slavyanskiy" ticarət mərkəzinin uçulması nəticəsində 7 nəfər xəsarət alıb. Bu barədə Trend TASS-a istinadən xəbər verir.

İstintaq idarəsi binanın uçulması ilə bağlı "Tikinti və digər işlər zamanı təhlükəsizlik qaydalarının pozulması" maddəsi üzrə cinayət işi açıb.

1985-ci ildə inşa edilmiş ikimərtəbəli binada hadisə zamanı 20 insan olub. Konstruksiyaların dağılması mərkəzin 300 kv.m ərazisində baş verib.

Fəlakətin nəticələrini aradan qaldırmaq üçün hadisə yerinə 250 nəfər və 150 ədəd texnika cəlb edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti