Bakı. Trend:
Yaponiyanın Kanaqava prefekturasının Saqamihara şəhərində bıçaqla silahlanmış naməlum şəxs məhdud qabiliyyətli insanların yaşadığı sosial müəssisəyə hücum edərək 19 nəfəri qətlə yetirib, 45 nəfəri yaralayıb.
Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir.
Cinayəti törədən 26 yaşlı şəxs olub. Hadisədən yarım saat sonra o özü polisə gələrək təslim olub.
O bildirib ki, əvvəllər həmin internatda çalışıb.