Bakı. Trend:
Yerevan məhkəməsinin ABŞ-ın sorğusuna əsasən həbs etməkdən imtina etdiyi Rusiya vətəndaşı Sergey Mironov Yerevandan Moskvaya uçub.
Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, bunu onun vəkili Karen Nersisyan deyib.
Qeyd edək ki, S.Mironov ötən həftə Yerevan aerportunda saxlanılmışdı.