Filippinin Davao şəhərində bazarda baş verən partlayışda ölənlərin sayı 10-a çatıb, 60 yaralı var.
Trend CNN telekanalına istinadən xəbər verir ki, prezidentin nümayəndəsi Ernesto Abellu bu barədə məlumat verib.
Qeyd edək ki, partlayış yerli vaxtla axşam saat 10-da başlayıb. Hadisənin dəqiq səbəbləri hələlik bilinmir.