...

200-dən artıq məhbus həbsxanada yanğın törədib qaçdı

Dünya xəbərləri Materials 18 Oktyabr 2016 09:37 (UTC +04:00)
200-dən artıq məhbus San-Paolo ştatının Franku-da-Roşa yaşayış məntəqəsində yerləşən həbsxanadan qaçıb.
200-dən artıq məhbus həbsxanada yanğın törədib qaçdı

Bakı. Trend:

200-dən artıq məhbus San-Paolo ştatının Franku-da-Roşa yaşayış məntəqəsində yerləşən həbsxanadan qaçıb. Trend bu barədə TASS-a istinadən məlumat verir.

Məlumata görə, qaçmış məhbusların sayı hətta 300-ə yaxın ola bilər, hələ dəqiq say məlum deyil.

Məlumatda qeyd edilir ki, məhbuslar penitensiar müəssisədə yanğın törətməklə qaçmağa müvəffəq olublar. Qaçmış məhbuslardan əksəriyyətinin həbsxananın psixi xəstəxanasında müalicə aldıqları bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti