...

Almaniyada işçilər etiraz etdi, 60-dan çox aviareys təxirə düşdü

Dünya xəbərləri Materials 22 Noyabr 2016 13:26 (UTC +04:00)
Almaniyanın Düsseldorf hava limanında Eurowings aviaşirkətinin işçilərnin tətili səbəbi ilə 50 aviareys təxirə salınıb
Almaniyada işçilər etiraz etdi, 60-dan çox aviareys təxirə düşdü

Bakı. Trend:

Almaniyanın Düsseldorf hava limanında "Eurowings" aviaşirkətinin bort bələdçilərinin tətil etməsi səbəbindən 50 aviareys təxirə salınıb.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, Berlin, Praqa və Vyana şəhərlərinə uçuşlar dayandırılıb.

Tətilə Düsseldorf və Hamburq hava limanlarında çalışan işçilər də qoşulub. 460-a yaxın işçinin əməkhaqlarının artırılması tələb edilir. Yerli vaxtla səhər saat 05:00-da başlayn tətil saat 20:00-dək davam edəcək.

Hamburq hava limanında da tətil təsirsiz ötüşməyib. Burada 14 reysin təxirə salındığı bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti