...

"Samsung"u ağır cəza gözləyir

Dünya xəbərləri Materials 23 Noyabr 2016 06:09 (UTC +04:00)
Rusiyanın Federal Antiinhisar Xidməti Koreya nəhəngi olan "Samsung"un "şübhəli" qiymət mexanizmlərinin yoxlanılmasına başlayıb
"Samsung"u ağır cəza gözləyir

Bakı. Trend:

Rusiyanın Federal Antiinhisar Xidməti Koreya nəhəngi olan "Samsung"un "şübhəli" qiymət mexanizmlərinin yoxlanılmasına başlayıb.

Trend Sputnik-a istinadən xəbər verir ki, bu prosedur yanvar ayında başa çatacaq.

"Samsung" nümayəndələri artıq müvafiq müraciəti alıblar və ona cavab hazırlayırlar. Onlar həmçinin bildirirlər ki, şirkətin Rusiyadakı fəaliyyəti hüquq və ədalətli rəqabət prinsiplərinə tam uyğun olaraq qurulub.

2016-cı ilin avqustunda isə smartfon bazarının təhlilindən sonra Federal Antiinhisar Xidməti "Apple" şirkətini yoxlamışdı. Yoxlama nəticəsində məlum olmuşdu ki, "iPhone 6S" və "iPhone 6S Plus" modellərinin qiymət mexanizmlərində koordinasiya əlamətləri olub. Bu səbəbdən məhkəmə əməliyyatı başlandı və indi "Apple" şirkətini beş milyon rubl dəyərində cərimə gözləyir.

Federal Antiinhisar Xidmətinin araşdırması onu da göstərdi ki, "iPhone 6s" və "iPhone 6s Plus" markaları rəsmi satışa çıxandan sonra, pərakəndə satış mağazalarının çoxu onlara eyni qiymət qoyub. Oxşar vəziyyət "Apple" şirkətinin digər modellərində də müşahidə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti