...

İrkutskda "Yemişan"dan zəhərlənərək ölənlərin sayı 58-ə çatıb

Dünya xəbərləri Materials 20 Dekabr 2016 19:20 (UTC +04:00)
İrkutskda "Yemişan" adlı kosmetik vasitədən içki kimi istifadə edərək zəhərlənib ölənlərin sayı 58-ə çatıb.
İrkutskda "Yemişan"dan zəhərlənərək ölənlərin sayı 58-ə çatıb

Trend-i buradan izləyin

Bakı. Trend:

İrkutskda "Yemişan" adlı kosmetik vasitədən içki kimi istifadə edərək zəhərlənib ölənlərin sayı 58-ə çatıb.

Trend "RİA Novosti" agentliyinə istinadən bildirir ki, ölənlərdən 34-ü xəstəxanada, qalanları isə evdə dünyasını dəyişib. Hazırda 97 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, İrkutsk Meriyası nəzdində Fövqəladə Vəziyyətlər üzrə Komissiya spirt tərkibli "Yemişan" ("Boyarişnik") məhlulundan kütləvi zəhərlənmə ilə əlaqədar şəhərdə fövqəladə vəziyyət elan edib.

Fövqəladə vəziyyət boyunca spirt tərkibli məişət və gigiyenik vasitələrin satışı qadağan edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti