...

Rusiyada spirt tərkibli preparatlar yalnız reseptlə satılacaq

Dünya xəbərləri Materials 22 Dekabr 2016 15:46 (UTC +04:00)
Rusiyada spirt tərkibli tibbi preparatlar, o cümlədən "Valokordin" və "Boyarışkin" apteklərdə yalnız həkim reseptləri ilə satılacaq.
Rusiyada spirt tərkibli preparatlar yalnız reseptlə satılacaq

Bakı. Trend:

Rusiyada spirt tərkibli tibbi preparatlar, o cümlədən "Valokordin" və "Boyarışkin" apteklərdə yalnız həkim reseptləri ilə satılacaq.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Baş nazirinin müavini Aleksandr Xloponin deyib.

Qeyd edək ki, İrkutsk vilayətində "Boyarışkin" adlı spirt tərkibli vasitədən zəhərlənərək ölənlərin sayı artıq 63 nəfərə çatıb. Belə ki, bu, spirt tərkibli kosmetik vasitədən içki kimi istifadə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti