Bakı. Trend:
Berlində terror aktının həyata keçirilməsində şübhəli bilinən şəxs Milanda öldürülüb. Bu barədə Trend TASS agentliyinə istinadən məlumat verir.
Məlumata görə, şübhəli şəxs atışma zamanı öldürülüb.
Xatırladaq ki, bir neçə gün öncə Berlində yük maşını yüksək sürətlə insanların arasına daxil olmuşdu. Nəticədə 12 nəfər həlak olmuş, 50-yə yaxın adam yaralanmışdı.