Bakı. Orxan Quluzadə - Trend:
İstanbulun Esenyurd rayonunda naməlum şəxs içərisində polislər olan avtomobilə atəş açıb. Trend bu barədə Türkiyə KİV-ə istinadən məlumat verir.
Cavab atəşinə baxmayaraq həmin şəxs hadisə yerindən qaça bilib.
Məlumata görə, hadisə yerində avtomat və qumbara dolu çanta aşkar edilib.
Hadisə nəticəsində xəsarət alan olmayıb, araşdırma aparılır.