...

Rusiya, İran və Türkiyə Suriyadakı vəziyyəti müzakirə edirlər

Dünya xəbərləri Materials 6 Fevral 2017 10:15 (UTC +04:00)

Bakı. Trend:

Astanada Rusiya, Türkiyə və İranın operativ qruplarının Suriyada atəşkəsə nəzarət üzrə birgə iclası başlayıb.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, iclasda BMT və İordaniya ekspertləri də iştirak edirlər.

Qeyd edək ki, bundan əvvəl Qazaxıstan Xarici İşlər Nazirliyi Türkiyə, Rusiya və İran rəsmilərinin fevralın 6-da Astanada bir araya gələcəyini bildirmişdi. Görüşün məqsədi Suriyada atəşkəs rejiminin tətbiq olunması ilə bağlı danışıqların aparılmasıdır.

Xatırladaq ki, yanvarın 23-də Astanada Qazaxıstan, İran, Suriya hakimiyyəti, BMT, ABŞ, Türkiyə, Rusiya və Suriya müxalifətinin nümayəndə heyətlərinin iştirakı ilə Suriya böhranının nizamlanması üzrə toplantı keçirilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti