Bakı. Fidan Həsənzadə - Trend:
Pakistan Ali Məhkəməsi ictimai yerlərdə "Sevgililər Günü" qeyd etməyi qadağan edib. Səbəb isə bu bayramın İslam qaydalarına uyğun olmaması göstərilib.
Trend-in "Dawn"-a istinadən verdiyi xəbərə görə, media vasitələrində "Sevgililər Günü" haqqında reklamların yayımlanması da qadağan edilib.
Pakistanın ən böyük partiyası "Cəmaəti İslam" partiyası bu günün əvəzinə "Təvazökarlıq Günü" qeyd etməyi təklif edib.