...

Ərdoğan: Rusiya ilə vizasiz rejimə keçid tezləşdirilməlidir

Dünya xəbərləri Materials 10 Mart 2017 19:35 (UTC +04:00)
Rusiya və Türkiyə arasında vizasız rejimə keçidi sürətləndirmək lazımdır.
Ərdoğan: Rusiya ilə vizasiz rejimə keçid tezləşdirilməlidir

Bakı. Trend:

Rusiya və Türkiyə arasında vizasız rejimə keçidi sürətləndirmək lazımdır. Trend-in məlumatına görə, bunu Türkiyə lideri Moskvada rusiyalı həmkarı Vladimir Putinlə görüşündən sonra bildirib.

Türkiyə prezidenti qeyd edib: "Vizasız rejim üçün addımlar atırıq. Düşünürəm bu məsələni tezləşdirmək lazımdır".

Ərdoğan Türkiyə və Rusiya arasında aviareyslərin sayının artırılmasını da vacib addımlardan sayıb.

Bundan başqa, dövlət başçısı Türkiyənin Rusiyadan MS-21 təyyarələrinin tədarükündə maraqlı olduğunu deyib.

Xəbər lenti

Xəbər lenti