...

Amerikanın əfsanəvi rok-n-rol ifaçısı vəfat edib

Dünya xəbərləri Materials 19 Mart 2017 08:18 (UTC +04:00)
ABŞ-ın əfsanəvi rok-n-rol ifaçısı Çak Beri martın 18-də 90 yaşında vəfat edib
Amerikanın əfsanəvi rok-n-rol ifaçısı vəfat edib

Bakı. Trend:

ABŞ-ın əfsanəvi rok-n-rol ifaçısı Çak Beri martın 18-də 90 yaşında vəfat edib.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, “Johnny B. Goode”, “Roll Over Beethoven”, “Sweet Little Sixteen” kimi unudulmaz əsərlərin müəllifi olan Çak Beri Missuridəki evində dünyasını dəyişib.

Əfsanəvi gitara ifaçısı bir sıra musiqi nəsillərinin yararlandığı böyük irs qoyub gedib. O, 1950, 60 və 70-ci illərdə məşhur olan “Sweet Little Sixteen”, “School Days”, “My Ding a Ling” kimi hitlərin müəllifidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti